DİN-dən sosial şəbəkələrdə yayılan VİDEO ilə bağlı açıqlamabackend

DİN-dən sosial şəbəkələrdə yayılan VİDEO ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sürücü avtomobilin arxasına it bağlayıb.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Videodan görünür ki, it VAZ-2106 markalı avtomobilin arxasına bağlanıb. İt hərəkətdə olan avtomobilin arxasınca qaçmaq məcburiyyətində qalıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır:

“Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək”.