DİN-nin mətbuat katibi Media Tədris Mərkəzində tələbələrlə görüşübbackend

DİN-nin mətbuat katibi Media Tədris Mərkəzində tələbələrlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Media Tədris Mərkəzində tələbələrə master klass keçib.

Hüquq sahəsində onları maraqlandıran sualları cavablandırıb. Kriminal hadisələr işıqlandırarkən diqqət etməli olduqları məqamlara toxunub. Bu sahədə yazmaq istəyən jurnalistlərin xüsusi cəsarət, diqqət, analiz və müşahidə qabiliyyətinin olmasının lazım gəldiyini xüsusi vurğulayıb.

Eyni zamanda, öz təcrübəsini gələcəyin jurnalistləri ilə bölüşüb, mətbuat xidməti ilə əlaqələrin necə qurulmasından danışıb.