DİN: Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb – YENİLƏNİBbackend

DİN: Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlunun həyat yoldaşı saxlanılmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

“İddialar əsassızdır”, – deyə nazirlik rəsmisi bildirib.

18:56

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

Faktla bağlı araşdırma aparılır.