Dini mərasim zamanı 107 nəfər öldübackend

Dini mərasim zamanı 107 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda əksəriyyəti qadın olmaqla ən azı 107 nəfər dini təbliğçinin çıxışından sonra yaranan izdihamda ölüb. Hadisə şahidlərinin sözlərinə görə, xütbə bitdikdən sonra çadırda izdiham başlayıb.

Editor.az “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, Uttar Pradeş ştatında çadırda təbliğçi Bhole Baba ilə dini tədbir keçirilib. Çadırda hava isti və havasız olduğundan xütbə bitdikdən sonra insanlar tələsik çölə çıxıblar.

Çıxış olmadığından, hamı bir-birinin üstünə düşüb, əzilmələr olub. Çoxları huşunu itirib, bir qismi də ölüb. Uttar Pradeş Baş Naziri Yogi Adityanath hadisə ilə bağlı başsağlığı verib və rəsmilərə xilasetmə işlərini sürətləndirməyi tapşırıb. O, həmçinin prokurora yoxlama təşkil etməyi və baş verənlərin səbəblərini öyrənməyi tapşırıb. Qəzetin məlumatına görə, ölənlər arasında azyaşlı uşaqlar da var.

//Samir Qurbanov, Editor.az