Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi kimdir? – DOSYEbackend

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Səyyad Salahlıya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsinin müvəqqəti icrasının həvalə edilməsi haqqında sərəncam imzalayıb.

Editor.az  Trend-ə istinadən yeni sədrin dosyesini təqdim edir:

Səyyad Salahlı 15 yanvar 1952-ci ildə İmişli rayonunda doğulub.

O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Filologiya elmləri üzrə fəlsəfə doktorudur

1972-1989-cu illərdə pedaqoji fəaliyyətlə məşğul olub. 1992-1995-ci illərdə “Səs” qəzetində baş redaktorun birinci müavini olub.

1995-2005-ci illərdə birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan S.Salahlıya 9 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilib.

2006-2010-cu illərdə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu olub.

2012-ci ildən bu günə qədər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsini tuturdu.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı, 20 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı, 14 yanvar 2022-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür. Beş siyasi-publisistik, dörd bədii kitabın müəllifidir.

Ailəlidir, 3 övladı, 7 nəvəsi var.