DİNİB yeni layihəyə start verdibackend

DİNİB yeni layihəyə start verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) “Qərbi Azərbaycana Qayıdış” adlı layihənin icrasına başlayıb.

Layihənin əsas məqsədi “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasını ictimaiyyətə təbliğ etməkdir. 3 ay davam edəcək layihədə vətəndaşların iştirakı ilə Naxçıvan, Gəncə və Qax şəhərlərində konfransların və müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda, təşkilatın məqsədi layihə çərçivəsində dövlətin bu yöndə apardığı siyasətə ictimai birlik olaraq töhfə vermək, ictimaiyyət arasında maarifləndirmə işlərini aparmaq, yerli və beynəlxalq ictimaiyyətə təbliğ etmək, qayıdış prosesinə dəstək olmaqdır.

Açıklama yok.