İngiltərənin “Liverpul” klubunun və Portuqaliya yığmasının futbolçusu Dioqu Jotanın faciəli ölümünün yeni təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Qeyd olunur ki, ağır qəza Dioqu Jotanın idarə etdiyi “Lamborghini” markalı idman avtomobilinin təkərinin partlaması nəticəsində meydana gəlib.
Belə ki, təkər partlayandan sonra idarəetmədən çıxan avtomobil xəndəyə yuvarlanıb və yanıb.
Həmçinin məlum olub ki, qəza Dioqu Jotanın yüksək sürətlə digər avtomobili ötdüyü vaxt baş verib.
Dioqu Jota və qardaşı ağır şəkildə yandığından, cəsədlərin kimə məxsus olduğunu müəyyən etmək mümkün olmayıb. Yalnız avtomobilin dövlət nömrə nişanları yoxlanıldıqdan və sonradan məhkəmə-tibb ekspertizası aparıldıqdan sonra futbolçu və onun qardaşının şəxsiyyəti müəyyən edilib .
Məşhur futbolçu Dioqu Jotanın öldüyü qəzanın təfərrüatı bəlli olub.
Oxu.Az bununla bağlı “Daily Mail” nəşrinə istinadən xəbər verir.
Bildirilib ki, hadisə zamanı futbolçunun avtomobili aşıb və yanıb.
Qəza zaman futbolçu qardaşı Andre ilə birlikdə olub. Onlar yanaraq ölüblər.
Qeyd edək ki, futbolçu iyunun 22-də ailə həyatı qurmuşdu.
İngiltərənin “Liverpul” klubunun portuqaliyalı hücumçusu Dioqu Jota faciəli şəkildə ölüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı hücumçu İspaniyada yol-nəqliyyat hadisəsində həyatını itirib.
Futbolçu İngiltərənin “Liverpul” klubunda çıxış edib, əvvəllər “Vulverhempton”, “Porto” və “Madrid Atletiko”sunun futbolçusu olub. Jota Portuqaliya millisində 46 oyun keçirib. “Liverpul”un tərkibində Jota İngiltərə çempionu və ölkə kubokunun qalibi adını, həmçinin Portuqaliya millisinin tərkibində iki dəfə UEFA Millətlər Liqasının kubokunu qazanıb.