Diplomatiyamızın NÖVBƏTİ UĞURU: “Azərbaycanın yaratdığı yeni reallıqlar Avropa İttifaqı tərəfindən də qəbul edilir”backend

Diplomatiyamızın NÖVBƏTİ UĞURU: “Azərbaycanın yaratdığı yeni reallıqlar Avropa İttifaqı tərəfindən də qəbul edilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı Şərq Tərəfdaşlığı 6-cı zirvə görüşün yekunları ilə bağlı qəbul edilmiş bəyannamədə dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinin dəstəklənməsinin öz əksini tapması mühüm əhəmiyyət daşıyır. Bu, əslində Azərbaycanın yaratdığı yeni reallıqların Avropa İttifaqı tərəfindən yəni, kollektiv Qərb tərəfindən qəbul edilməsi deməkdir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, istər 44 günlük müharibə dövründə istərsə də postmüharibə mərhələsində bəzi Avropa İttifaqına üzv olan ölkələr Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı olduqca aqressiv mövqe nümayiş etdirir və bunu qəbul etmək istəmirdilər:

“Cəmi bir il sonra isə artıq bütün Qərb kollektiv şəkildə bu reallığı qəbul edir. Özlüyündə bu siyasi diplomatiyamızın ayrıca bir uğurudur və əldə etdiyimiz tarixi zəfərimizi daha da möhkəmləndirir. İkinci yadda qalan əsas məsələlərdən biri isə kommunikasiyaların açılması ilə bağlı konkret addımların atılması oldu. Bu isə paralel olaraq sərhədlərin delimitasiya və demarkasiyası da daxil olmaqla digər bütün istiqamətlərdə  münasibətlərin normallaşmasını stimullaşdıracaq. Bəyannaməyə Azərbaycanın icazəsi olmadan münaqişədən əziyyət çəkənlərə humanitar məqsədlərlə yardım edilməsinin yalnız Azərbaycanın icazəsi ilə olması da konkret məzmun daşıyır. Çünki Azərbaycan ərazisində yaşayan erməni icmasına edilə biləcək mümkün yardımlar ancaq Azərbaycanın icazəsi ilə baş tutacaq.Ən əsas məsələlərdən biri isə ATƏT-in Minsk Qrupunun bundan sonrakı mərhələdə yalnız Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və digər humanitar xarakterli məsələlər üzrə vasitəçi ola biləcəyinin Avropa İttifaqı tərəfindən də bir növ qəbul edilməsidir. Çünki heç bir halda bu qrupun fəaliyyəti müxtəlif səviyyəli görüşlərin heç birində danışıqların mövzusu olmadı. Beləliklə də artıq kənar subyektlər tərəfindən Minsk Qrupunun adının necə hallandırılması yaxud necə manipuliyasiya edilməsindən asılı olmayaraq artıq onun fəaliyyətinin yalnız humanitar və texniki kontekstdə rol ala biləcəyi aydın görünür”.

//Gülnarə Abasova, Editor.az