Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrinin ADLARI AÇIQLANDIbackend

Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrinin ADLARI AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diplomları tanınmayan və ən çox imtina alan xarici ali məktəblər açıqlanıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Bildirilib ki, xaricdə əldə olunan kvalifikasiyaların tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün TKTA-ya edilən müraciətlərin ekspertizası nəticəsində tanınma üzrə ümumi tələblərə cavab verməyən və ən çox imtina alan universitetlərin siyahısı müəyyən olunub.

Siyahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir (qeyd olunan ali təhsil müəssisələri ilə keçiddən tanış ola bilərsiniz).

Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri aşağıdakılardır:

Akkreditasiyasız ali təhsil müəssisəsi;

Təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması;

Dövlət nümunəli olmayan diplom;

Təhsil forması;

Tədris yükünün normativdən az olması.