DİQQƏT! Azərbaycanda koronavirusa ən çox bu iki yerdə yoluxurlar – FOTObackend

DİQQƏT! Azərbaycanda koronavirusa ən çox bu iki yerdə yoluxurlar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Total qapanmalara gedilə, daha sərt karantin rejiminə keçilə bilər.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, radioloq-həkim Aydın Əliyev deyib.

O bildirib ki, şəhərdə çoxlu yoxlanmayan, amma boğazı ağrıyan, öskürən, burnu tutulan çoxlu insan var, amma yoxlanmırlar:

“İnşallah ki, yoluxma sayı 2 minə çatmaz. Amma 2 mini keçərsə, yəqin ki, sərt karantin rejiminin tətbiqi zəruri olacaq. Hazırda nəzarətin və maarifləndirmənin gücləndirilməsinə ehtiyac var. Nəzarətin də iki yolu var: rəsmi-inzibati strukturlar tərəfindən edilən nəzarət, bir də ictimai nəzarət. Hiss edirəm ki, hazırda hər ikisinin gücləndirilməsinə və marifləndirməyə ehtiyac var. Çünki şəhərdə çoxlu yoxlanmayan, amma boğazı ağrıyan, öskürən, burnu tutulan insanlar var.

COVİD19-un bu əlamətləri olan çoxlu insanlar var ki, yoxlanmırlar. Neçəsindən soruşmuşam ki, niyə gedib yoxlanmırsan, deyir yoxlansam, məni karantinə alacaqlar, işim qalacaq, uşağım qalacaq, filan şey qalacaq.

İnsanların gözündə qorxu var

Koronavirus yeni yayılanda ilk mərhələdə hamını karantinə almaq səhv addım idi. Ona görə də insanların gözündə qorxu var. İndi marifləndirməni gücləndirmək lazımdır. İndi testi pozitiv çıxan yüngül dərəcəli xəstələri evdə müalicə edirlər, xəstəxanaya aparmırlar. Buna baxmayaraq, insanlar inanmırlar. Maarifləndirməni gücləndirməliyik ki, insanlar bilsinlər ki, onlarda da test müsbət çıxsa belə, onları yüngül dərəcəli COVİD xəstəsi kimi aparıb karantində saxlamayacaqlar. Doğrusu, bu məsələdən insanlar məlumatsızdırlar.

 

Bu qədər insana nəzarət etmək olmur

Əsas da ictimi nəzarətdir. Çünki inzibati strukturlar nə qədər olsa da milyonlarla insana nəzarət etmək olmur. Yoluxmanın artmasının qarşısını almaq üçün bir də yaxşı olar ki, ictimi nəqliyyatın sayı pik saatlarda maksimum dərəcədə artırılsın. Pik saatlarda həddindən artıq sıxlıqlar olur.

Hazırda yoluxmada əsas artımlar bu iki yerdə baş verir

İnsanları xüsusilə maksimum marifləndirmək lazımdır, yas yerlərindən çəkinsinlər. Çünki hal-hazırda yoluxmada əsas artımlar ictimai nəqliyyatdakı sıxlığın və yas yerlərinin hesabına baş verir. Çünki yas yerlərində insanlar ağlayır, kövrəlir, ağız suyu, burun ifrazı, gözyaşı ifrazı artır.

Bu zaman da asqıranda, danışıb öskürəndə daha çox hava-damcı infeksiyaları ətrafa yayılır. Bu da yoluxma ehtimalını daha da artırır. Yəni, yas yerlərinə də nəzarəti gücləndirmək lazımdır ki, maksimal sayda ancaq ailə üzvləri iştirak etsin, kənar adamlar gəlib bir yerdə yığışıb saatlarla qalmasınlar. Bunu insanlara maksimum maarifləndirib izah etmək lazımdır”.