DİQQƏT! Piyadalara və sürücülərə XƏBƏRDARLIQ edildibackend

DİQQƏT! Piyadalara və sürücülərə XƏBƏRDARLIQ edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qış aylarında havanın qeyri-sabit keçməsi ilə əlaqədar olaraq yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz hallar yaşanmasın deyə sürücülər və piyadalar ehtiyatlı olmalıdır”.

Editor.az xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev məlumat verib.

O, bildirib ki, tıxacların qarşısının alınması üçün nəqliyyatın hərəkətinin sıx və intensiv olduğu yerlərdə naryad qruplarının sayı artırılacaqdır:

“Sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına, mövsümü təkərlərdən istifadəyə, lazım gələrsə, təkərlər üçün zəncirdən istifadəyə fikir verməlidirlər. Sürücülər sürətlə avtomobili idarə etməməli, avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirmələri, yaxın vuran işıqlardan istifadə etməlidir. Hərəkətin intensiv olduğu küçələrdə avtomobillər yol kənarlarına park edilməməlidir. Tövsiyə olunur ki, sürücülər enişli-yoxuşlu yollarda diqqətli olmalı, mümkün qədər səxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Piyadalar səkilərlə, onlar üçün nəzərdə tutulan keçidlərlə hərəkətə üstünlük versinlər”.

//Gülnarə Abasova, Editor.az