DİQQƏT: Telefonunuza gələn bu zəngləri açmayın — ÇOX TƏHLÜKƏLİDİR!backend

DİQQƏT: Telefonunuza gələn bu zəngləri açmayın — ÇOX TƏHLÜKƏLİDİR!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə telefonlara xarici nömrələrdən naməlum zənglər gəldiyi haqda iddialar səsləndirilir. 

Daha çox gecə saatlarında edilən zənglər zamanı hansısa yükləmə və ya yeniləmə üçün bank hesablarından istifadə də təklif edilir. Bəs, naməlum nömrələrdən gələn zənglərin qarşısını necə almaq olar?

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mütəxəssis Kamran Qasımov bildirib ki, hər hansı nömrələrdən zənglərin daxil olması şəxsi məlumatların anında oğurlanması demək deyil:

“İnsanlar özləri şəxsiməlumatlarınl deməsələr, heç bir elektron təhlükə yoxdur. Xarici nömrələrdən gələn zəngləri açmamaqla təhlükədən sığortalana bilərsiniz. Düzdür, elə insanlar var ki, onların xarici ölkələrdə yaşayan qohumları, tanışları olur.

Həmin insanlardan bu nömrələrdən gələn zəngləri açmamasını tələb etmək düzgün deyil. Sadəcə bir sıra proqramlar vasitəsi ilə daxil olan zəngləri əngəlləmək, qara sıiyahıya salmaq mümkündür”.

//Redaktor.az