Diqqətlər Putin-Əliyev görüşündə: Paşinyan niyə Bakı ilə təmasdan qaçdı?backend

Diqqətlər Putin-Əliyev görüşündə: Paşinyan niyə Bakı ilə təmasdan qaçdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi İrəvan öncə 23 dekabrda Moskvada Rusiya, Ermənistan və Azərbaycan XİN başçılarının üçtərəfli görüşündən imtina etdi. Adını da Laçın dəhlizindəki vəziyyətlə əlaqələndirdi. Bu, Ermənistanın yeni hiyləsi deyil.

Ermənistan tərəfi bu cür addım atmaqla rəsmi Bakını Laçın yolunun Şuşa-Xankəndi hissəsindəki ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı sivil etirazlarını dayandırmaq məqsədilə təzyiq mexanizmi kimi istifadə etmək istəyir.

Bu qərarla İrəvan Bakıya mesaj vermək istətiyir ki, sülh danışıqlarının davam etməsini və nəticəyə varmağı istəyirsənsə, o zaman danışıqlar prosesinə əngəl olacaq bu cür addımlardan çəkin. Amma Azərbaycana çox yaxşı bəllidir ki, bu Ermənistanın növbəti vaxt qazanmaq üçün etdiyi gediş, beynəlxalq ictimaiyyəti Azərbaycanın üzərinə qaldırmaq üçün yeni bir fürsətdir. Bəlkə də onların bu planı 5, 10, 15 il əvvəl öz effektini verə bilərdi, ancaq indi bölgədə vəziyyət tamamilə Azərbaycanın diqtəsi altındadır.

Bunu elə Laçın yolundakı etiraz aksiyasının ilk dəqiqələrindən azərbaycanlı etirazçılara güc tətbiqinə çalışan sülhməramlı kontingentin aksiyanın növbəti günlərində artıq həmin ərazidən Xankəndi istiqamətinə bir xeyli geri çəkilməsi də göstərir ki, Moskva da Bakının adekvat addımları qarşısında artıq acizliyini gizlədə bilmir. Baxmayaraq ki, sülhməramlı kontingent müxtəlif yollarla hazırda da istər Ermənistana, istərsə də separatçı rejim qalıqlarına hər cür yardım etməyə hələ də davam edir.

Necə ki, biz bunu ötən gün Xankəndində keçirilən mitinq timsalında gördük. Rusiya təxminən 2 ay fərqlə eyni ssenari ilə ikinci cəhdini həyata keçirdi. Söhbət Rusiyanın iştirakı ilə dövlət başçıları arasında nəzərdə tutulan görüş qabağı Qarabağda ermənilərin mitinqinin təşkilindən gedir.

İlk belə addım, oktyabrın 30-da atıldı. Həmin aksiyadan bir gün sonra (31 oktyabr) Soçidə Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının görüşü keçirilirdi. Ermənistan ona dəstək verən məlum qüvvələrin yardımı ilə bu etiraz aksiyası ilə Bakıya güc nümayiş etdirdi, Rusiya və Ermənistanın bu görüş qabağı əlini gücləndirmək, eyni zamanda Moskvanın və İrəvanın Bakıya “gördünüz, Qarabağ erməniləri heç də az deyil və Azərbaycanın tərkibində yaşamaq istəmirlər. Onlar “Status” tələb edirlər” kimi fikirlərini irəli sürməyə zəmin hazırlamaq istədilər.

Xankəndidə təşkil edilən mitinqi də eyni qəbildən olan ssenarinin ardı kimi düşünmək olar. Çünki bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının sammiti çərçivəsində ən pis halda Putinlə Əliyevin görüşü istisna edilmir. Bu sammit ərəfəsində Paşinyanın üçtərəfli görüşlərdə iştirak etməyəcəyini elə Kreml ötən gün bəyan etdi.

Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov açıqlamasında bildirdi ki, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmayıb. Amma o demədi ki, İrəvan bu görüşdən imtina edib. Demək ki, bu görüşün keçirilməməsində ən azı Ermənistan qədər Rusiya tərəfi də maraqlıdır. Necə ki, biz bunun 23 dekabrda Moskvada XİN başçılarının məlum görüşü zamanı şahid olduq.

Lavrov çıxışı zamanı rəsmi İrəvanın “hörmətsizliyinə” toxunsa da, Ermənistanın protokoldan kənar addım atdığını desə də, bütün proseslər deməyə əsas verir ki, elə həmin “geri çəkilmə” də Moskvanın başının altından çıxmışdı. Çünki Azərbaycan və Ermənistan dövlət adamlarının bir araya gəlib hazırki Laçın yolundakı gərgin vəziyyət fonunda danışıqlar aparmaması bu gərginliyi bir az da alovlandıra, Ermənistan tərəfini xarici qüvvələrin ona etdiyi sifarişli təxribatları həyata keçirməsinə kömək etmiş olur.

Çünki istər Ararat Mirzoyanın, istərsə də bu gün Nikol Paşinyanın Azərbaycan tərəfi ilə bir masa ətrafında baş verənləri müzakirə etməsi Ermənistan qədər Rusiyanın da əlini-qolunu, manipulyasiya cəhdlərini puç edə bilərdi. Hətta Xankəndidəki məkirli oyun planları bloklana, rəsmi Bakını dünya ictimaiyyətinə Ermənistanı növbəti dəfə götürdüyü öhədliklərdən yayındığı, destruktivlik nümayiş etdirdiyi üçün haqlı nazraılıqlarını çatdırmaq adına olduqca önəmli ola bilərdi.

Və nəticə etibarilə Bakı Ermənistan, Qarabağ separatçıları, Rusiya, Fransa və digər ermənipərəst qüvvələrin Vardanyanın timsalında separatçı-terrorçu rejimin “tərəf” olaraq qəbul etdirilməsi istiqamətində ikinci cəhdinin qarşısını almış ola bilərdi. Elə bu məsələləri nəzərə alan adıçəkilən qüvvələr Azərbaycanlı siyasətçilərlə təmasdan açıq şəkildə qaçmaqla, növbəti təxribatlar üçün fürsət qazanmaq istədilər.

Amma bütün bu proseslər dövlət başçısı İlham Əliyevin 26-27 dekabr tarixində MDB dövlət başçılarının sammitində iştirakına mane olmayacaq. Üçtərəfli görüşün planlaşdırılmadığı artıq bəlli olsa da, Rusiya və Azərbaycan liderlərinin ikitərəfli görüşünün olacağı dəqiqdir.

Bu sammit öncəsi Putinin tələm-tələsik erməni əsilli milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxarılması üçün Kreml rəhbərinə müraciət ərizəsinə baxıb, “onun” istəyini yerinə yetirməsi, ardınca 23 dekabrda Lavrovun Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında “Vardanyanın Rusiyaya heç bir aidiyyəti yoxdur. Vardanyanın xahişi ilə Rusiya Prezidenti onu vətəndaşlıqdan çıxarıb. Onun Qarabağa getməsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur”, – kimi fikirlərə xüsusi yer ayırması və bu gün nəzərdə tutulan görüşdən cəmi bir gün öncə Ruben Vardanyanın “liderliyi” ilə Xankəndidə izdihihamlı mitinqin təşkili kəsinliklə eyni beyinin məhsulu, eyni ssenarinin davamı və eyni maraqlara xidmət edən proseslərdir.

Bütün bu proseslərdən rəsmi Bakı çox yaxşı halidir və Laçın yolu ətrafında qurulan “erməni həyasızlığı” şousunun başında kimlərin dayandığını yaxşı bilir. Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olduqdan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı etidiyi açıqlamalarla həmin ərəfdə baş verən və qarşıdakı günlər üçün Azərbaycana qarşı hazırlanan təxribatlardan nə qədər dəqiq məlumatlı olduğunu növbəti dəfə nümayiş etdirdi:

“Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək”.

Bu açıqlamalar bir daha deməyə əsas verir ki, dövlət başçısı separatçıları və Ermənistanı idarə edənlərin xarici qüvvələr, başqa dövlətlər olduğunu əlinin içi kimi bilir. Bu səbəbdən də İlham Əliyevin Laçın yolu ilə bağlı “mövqeyimiz zərrə qədər də dəyişməyəcək” mesajının məhz bu həftə məsələni müzakirəyə çıxaracaq Qərb ölkələri ilə yanaşı, həm də Sankt-Peterburqda (dövlət başçıları arasında bu gün nəzərdə tutulan görüş) mümkün görüşdən öncə rəsmi Kremlə ünvanladığı istisna edilmir.

Rəsmi Bakı ona qarşı olan bu təzyiqlər qarşısında nəinki geri çəkilməyəcək, hücum diplomatiyasını daha da gücləndirəcək kimi görünür. Mövcud şərtlərdə separatçılara da, Ermənistan da daxil olmaqla üçüncü tərəflərə də veriləcək cavab Laçın yolunda aksiyanın davamlılığı və nəzarətin müəyyən qədər artırılması ola bilər ki, Əliyevin Putinlə görüş zamanı Bakının qərarında çox qəti olduğunu bildirəcəyi zərrə qədər də şübhə doğurmur.

Bakı Ermənistana qarşı götürdüyü öhdəlikləri yerinə yetirmək üçün növbəti təzyiq vasitəsi kimi Qərbi azərbaycanlıların legitim hüququndan istifadə edilə bilər. Bunu dövlət başçısının Qərbi Azərbaycan icması ilə görüşü zamanı etdiyi növbəti açıqlamalar da təsdiq edir.

Belə anlaşılır ki, rəsmi Bakı çox yaxşı anlayır ki, Qarabağda sayı heç 50-60 min olmayan ermənilər üçün “status” tələb edən Qərbin, Amerikanın və digər erməni sevdalısı olan dövlətlərin qarşısına sayı bir milyondan çox olan Qərbi azərbaycanlıları təqdim etmək olduqca uğurlu addım ola bilər. 

Artıq şübhə edilmir ki, rəsmi Bakı Qərbi azərbaycanlıların tam siyahısını tərtib etdikdən sonra bunu başda BMT olmaqla bir sıra beynəlxalq insan haqları və siyasi təşkilatlara təqdim edə bilər. Ölkə başçısının da dediyi kimi “Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.

Nəzərə alsaq ki, dövlət başçısı əvvəlki doğum günlərində adətən, Qarabağdan məcburi köçkün düşmüş vətəndaşlarımızla görüşərdi, Qarabağ bölgəsinə, yaxud Azad Qarabağa səfər edərdi, bu dəfə isə əlamətdar günündə fərqli addım atması ilə yadda qaldı.

Və Prezident İlham Əliyev görüş zamanı növbəti bir detala diqqəti çəkib:

“Bir daha onu da bildirməliyəm ki, bu yer İcma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.

Bu isə o deməkdir ki, Qərbin, Ruisyanın və onların himayəsində olan Ermənistanın, eləcə də Ruben Vardanyanlı, Araik Arutyunyanlı separatçıların nə xəyallar, hansı planlar qurmasından asılı olmayaraq Qərbi Azərbaycan İcması ilə görüş Azərbaycan dövlətinin daha böyük

milli.az