Dizayn Həftəsi başlayıbbackend

Dizayn Həftəsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Kaspi Universitetində Dizayn Həftəsi keçirilir.

22-25 noyabr tarixlərini əhatə etən Həftə çərçivəsində Avropanın Dizayn sahəsində ən qabaqcıl ali təhsil ocaqlarından biri – İspaniyanın Kastilyo Dizayn məktəbinin İnteryer Dizayn kafedrasının professoru Mirenchu Sardina və komputer mediası üzrə professor Inmaculada Alegrenin mühazirə, seminar və master-klassları təşkil ediləcək.

Noyabrın 24-də isə qonaq professorların “İnteryer dizaynda müasir trendlər” mövzusunda ictimaiyyət üçün açıq mühazirəsi təşkil olunacaq. Mühazirə Qərbi Kaspi Universitetinin Mühəndislik binasında (Əhməd Rəcəbli 3) saat 11.00-da başlayacaq.