Dmitri Kuleba: Hələ heç bir ölkə Ukraynaya qırıcılar verməyi öhdəsinə götürməyibbackend

Dmitri Kuleba: Hələ heç bir ölkə Ukraynaya qırıcılar verməyi öhdəsinə götürməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ heç bir ölkə Ukraynaya qırıcı təyyarələr verməyi öhdəsinə götürməyib. Lakin ukraynalı pilotların təliminin təşkilini öz üzərinə götürmüş bəzi ölkələr var.

Editor.az bildirir ki, bu sözləri Dmitri Kuleba Almaniyanın WAZ telekanalına müsahibəsində deyib. Xarici işlər naziri həmçinin qırıcı təyyarələrin Ukraynaya necə kömək edəcəyini və müharibədəki vəziyyəti necə dəyişə biləcəyini də izah edib: “İki məqam var.

Qırıcılar hava hücumundan müdafiə sistemini qoruyur, çünki təyyarələrdən düşmən raketlərini vurmaq üçün də istifadə oluna bilər. İkincisi, əks-hücumlar üçün aviasiya vacibdir. Biz xüsusilə ABŞ, Böyük Britaniya, Fransa və Almaniya istehsalı olan qırıcılarla maraqlanardıq. Bu ölkələr ən böyük istehsal gücünə və ən böyük təyyarə parkına malikdirlər”, – Kuleba əlavə edib.

Əgər tərəfdaş ölkələrin vəd etdiyi silahları nəzərə alsaq, o zaman Ukraynanın artilleriya sursatlarına, tanklara və zirehli texnikaya, hava hücumundan müdafiə sistemlərinə çox böyük ehtiyacı var. Kuleba əlavə edib ki, Kiyev hərbi texnikanı nə qədər tez alsa, müharibə bir o qədər tez başa çatacaq.

  //Samir Qurbanov, Editor.az