Dmitri Kuleba İran xarici işlər nazirinə sərt xəbərdarlıq etdibackend

Dmitri Kuleba İran xarici işlər nazirinə sərt xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iranlı həmkarı ilə telefon danışığında Rusiyaya İran silahlarının tədarükünün dərhal dayandırılmasını tələb edib.

Editor.az xəbər verir ki, bu barədə Kuleba öz “Twitter” səhifəsində yazıb.

“Bu gün mənə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyandan telefon zəngi gəldi. Söhbət zamanı mən iranlı nazirdən tələb etdim ki, Rusiyaya mülki əhalinin öldürülməsi və Ukraynada mühüm infrastrukturun məhv edilməsi üçün istifadə olunan silahların verilməsini dərhal dayandırsın”, – Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

Qeyd edək ki, Kuleba Rusiya tərəfindən Ukraynaya qarşı İran pilotsuz uçan aparatlarından istifadə etdiyinə görə İranla diplomatik münasibətləri dayandırmaq təklifini prezidentə təqdim edib.

 //Samir Qurbanov, Editor.az