Dmitri Kuleba: Kiyevin üzərinə Minsk razılaşmalarının başqa bir variantının qoyulma təhlükəsi varbackend

Dmitri Kuleba: Kiyevin üzərinə Minsk razılaşmalarının başqa bir variantının qoyulma təhlükəsi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanı dəstəkləyən bütün ölkələrin hökumətlərində ona yardımı ləngitməkdə və atəşkəsdə israr edənlər var. Bu səbəbdən Kiyevin üzərinə Minsk razılaşmalarının başqa bir variantının qoyulma təhlükəsi var.

Editor.az bildirir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Financial Times” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, əgər Ukraynanın hücumu dönüş nöqtəsi kimi qəbul edilərsə, lakin “ərazinin 100 faiz azad edilməsi” ilə baş verməyəcəksə, o zaman “bəziləri deyə bilər ki, sonuncu həlledici döyüş olub və indi alternativ ssenari üzərində düşünməliyik.

Kiyev üçün isə “ərazi bütövlüyünün tam bərpasına alternativ yoxdur. Onlar (Ukrayna ilə Rusiya arasında münaqişənin həllinin tərəfdarları) hər yerdə – Vaşinqtonda, Berlində, Parisdə, Londonda var və “Minsk-3” ruhunda nəsə yaradıcı bir şey etməyə çalışacaqlar”, – Kuleba bildirib. “Qərb hökumətləri Rusiyanın eskalasiyası qorxusunun Ukraynaya daha çox hərbi dəstək verilməsini dayandırırmı?” sualına nazir belə cavab verib: “Eskalasiya arqumenti arqument deyil, bəhanədir”.

//Samir Qurbanov,Editor.az