Bu gün Türkiyənin Antalya şəhərində Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba ilə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov arasında görüş baş tutub.
Editor.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ukrayna xarici işlər naziri görüşdən dərhal sonra mətbuat konfransı keçirib.
“İlk öncə bu görüşün təşkil olunmasına görə Türkiyənin xarici işlər naziri cənab Çavuşoğluna təşəkkürümü bildirirəm. Biz asan olmayanı həyata keçirdik. Mən bura məsələlərin həlli üçün gəlmişdim. Sergey Lavrov isə sanki mənə qulaq asmağa gəlmişdi. Onun irəli sürdüyü tələblər təslim olmağın siyahısına bənzəyir. Əsas məsələ humanitar dəhlizlərin açılması və rus ordusunun geri çəkilməsidir. İnanıram ki, Sergey Lavrov qısa zaman kəsiyində bir həll yolu tapacaq. İstəyimiz münaqişənin sülh yolu ilə həll olunması və dinc insanlar arasında təlafatın olmamasını təmin etməkdir”-deyə Kuleba bildirib.
Qeyd edək ki, xarici işlər nazirlərinin görüşündə heç bir razılıq əldə olunmayıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

