Dmitri Kuleba Makronun sözlərinə sərt reaksiya verdibackend

Dmitri Kuleba Makronun sözlərinə sərt reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər ölkə yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün namizəd statusu almazsa, bu, birbaşa olaraq Avropa tərəfindən aldadılmadan xəbər verəcək. Kiyev belə bir qərara dözməyəcək”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “The Financial Times” qəzetinə müsahibəsində bildirib.

Qeyd olunur ki, ukraynalı diplomat Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın Aİ-yə qəbul prosesinin uzun illər çəkəcəyi ilə bağlı sözlərinə kəskin münasibət bildirib. Kulebanın sözlərinə görə, Avropa liderləri bu ilin iyun ayından gec olmayaraq onun ölkəsinə təşkilata üzvlük namizədi statusu verməlidirlər.

“Üç ay əvvəl bu ölkənin (Ukraynanın) üzvlük perspektivi belə yox idi. İndi bunun nə qədər vaxt aparacağını müzakirə edirlər”, – deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Oxu.az