Dmitri Kuleba nazir işləyərkən aldığı hədiyyələri hərraca çıxarıbbackend

Dmitri Kuleba nazir işləyərkən aldığı hədiyyələri hərraca çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba bu vəzifədə işləyərkən aldığı hədiyyələri hərracda satır.

Onların satışından əldə olunan gəlir Ukrayna Silahlı Qüvvələrinin dəstəklənməsinə sərf olunacaq.

Editor.az bildirir ki, bu barədə o, oktyabrın 22-də İnstaqramda məlumat verib. “4,5 il ərzində mən Ukraynaya Xarici İşlər Naziri kimi xidmət etmək şərəfinə nail olmuşam və bu, Rusiya işğalından sonra 2,5 il ərzində dünya diplomatiyasında ən şərəfli vəzifə idi. Bu müddət ərzində mən çoxlu hədiyyələr qəbul etmişəm və onların hər birinin öz hekayəsi var, – deyə Kuleba yazıb.

Onlara evdə rəflərdə baxmaqdansa, Ukraynanın əzəmətli tarixində kiçik bir pay sahibi olmaq daha qürurvericidir. Keçmiş nazir əmin edib ki, o, “toplanan vəsaitin şəffaflığına və hesabatlılığına” təminat verir. “İndi ən vacib şey müdafiəçilərimizi dəstəkləmək üçün əlimizdən gələni etməkdir. Onlara eşq olsun, Ukraynaya eşq olsun!” – Kuleba qeyd edib.

//Samir Qurbanov, Editor.az