Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə hazırlanan referendumları “saxta” adlandırıb. O, Ukraynanın öz ərazilərini azad etmək hüququna malik olduğunu və bunun üçün çalışacaqlarını bəyan edib.
“Nə saxta “referendumlar”, nə də hibrid “səfərbərlik” heç nəyi dəyişməyəcək… Ukraynanın öz ərazilərini azad etmək hüququ var və Rusiyada nə deyilməsindən asılı olmayaraq, həmin əraziləri azad etməyə davam edəcəyik”, – Dmitri Kuleba Twitter-də yazıb.
Qeyd edək ki, sentyabrın 20-də işğal altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməklə bağlı 23-27 sentyabr tarixlərində referendumun keçiriləcəyi elan edilib.
//Samir, Editor.az

