Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Putin faşistlərinin vəhşiliklərini dayandırmağın yeganə yolu Ukraynaya tankların, döyüş təyyarələrinin və zenit-raket komplekslərinin çatdırılmasını davam etdirməkdir.
Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən məlumat verir. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özünün “Twitter” səhifəsində Buçadakı qətliamı şərh edərkən emosiyalarını gizlədə bilməyib: “Buçadakı qətliam sübut edir ki, Rusiyanın ukraynalılara nifrəti Avropanın İkinci Dünya Müharibəsindən bəri gördüyü hər şeyi puç edir.
Müharibə dəhşətlərini dayandırmağın yeganə yolu Ukraynaya işğalçıları mümkün qədər tez qovmaqda kömək etməkdir. Tərəfdaşlar bizim ehtiyaclarımızı bilirlər. Tanklar, döyüş. təyyarələr, zenit-raket kompleksləri və s.”, – Kuleba belə deyib. Bundan öncə Kuleba “Buçan qətliamı”nı rusların mümkün qədər çox ukraynalını məhv etmək üçün düşünülmüş addımı adlandırıb və G7 ölkələrini dərhal Rusiyaya qarşı yeni dağıdıcı sanksiyalar tətbiq etməyə çağırıb.
Editor.az

