Dmitri Kuleba: Putin təcrübəli bir yalançıdırbackend

Dmitri Kuleba: Putin təcrübəli bir yalançıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya lideri Vladimir Putinin ona Volodimir Zelenskini öldürməyəcəyinə şəxsən söz verdiyini deyən İsrailin keçmiş baş naziri Naftali Bennetin qalmaqallı müsahibəsinə münasibət bildirib.

Ukraynanın baş diplomatı bu cür “ifşalara” cavab olaraq xatırladıb ki, tərəfdaşlar Putinin heç bir vədinə inanmamalıdırlar: “Çünki o, çox təcrübəli yalançıdır. Ən azından Krımın toxunulmazlığı ilə bağlı əvvəl verdiyi vədlərini pozub. “Özünüzü aldatmayın: o (Putin – red.), təcrübəli bir yalançıdır və nəyisə edib-etməyəcəyi ilə bağlı verdiyi vədlər onun planlarının bir hissəsidir”, – deyə Kuleba Twitter-də yazıb.

Qeyd edək ki, israilli siyasətçi mediaya müsahibəsində onunla Putin arasında Zelenskinin həyatı ilə bağlı söhbətin2022-ci ilin martında – o, İsrailin baş naziri olarkən baş tutduğunu açıqlayıb.

 //Samir Qurbanov, Editor.az