Yaxın gələcəkdə Rusiya ilə hər hansı bir danışıqlardan söhbət gedə bilməz.
Editor.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Yaponiyanın NHK telekanalında deyib.
O, Vladimir Putinin rəhbərlik etdiyi Rusiya Federasiyası ilə danışıqlara dair əvvəllər qəbul edilmiş qanunvericilik qadağasını bir daha dəstəkləyib.
“Mən Rusiya ilə danışıqların tezliklə başlayacağını düşünmürəm”.
Nazir əks-hücumun yavaş tempindən danışanları tənqid edib və “irəli getmək üçün həyatlarını riskə atan” Ukrayna hərbçilərinə hörmət etməyə çağırıb.
//Samir Qurbanov, Editor.az

