Dmitri Kuleba: Rusiyanın enerji resurslarına ödənilən dollarlar insanlığa qarşı cinayətlər törədən rus hərb maşınının güclənməsinə xidmət edirbackend

Dmitri Kuleba: Rusiyanın enerji resurslarına ödənilən dollarlar insanlığa qarşı cinayətlər törədən rus hərb maşınının güclənməsinə xidmət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyir ki, Almaniya Rusiya neft və qazından imtina baxımından ən problemli ölkə olaraq qalır.

Bu barədə Editor.az “Unian.net”-ə istinadən xəbər verir. “ABŞ, Böyük Britaniya və Kanada artıq Rusiya nefti və kömüründən imtina ediblər. Lakin Almaniyanın timsalında böyük bir problemimiz var. Biz onlarla işləyirik və inanırıq ki, əvvəl-axır bizi eşidəcəklər”, – Kuleba vurğulayıb. Nazir ümid etdiyini bildirib ki, Almaniya onun enerji balansını tarazlaşdıracaq həll yolları tapacaq və eyni zamanda Rusiyanı Avropada qaz və neft ixracından pul qazanmaqdan kənarlaşdıracaq. Kuleba Rusiyanın neft və qazının Ukrayna qanına doyduğunu bəyan edib: “Rusiyanın enerji resursları üçün ödənilən hər dollar hərbi və insanlığa qarşı cinayətlər törədən, Avropanın təhlükəsizliyini məhv edən Rusiya hərb maşını üçün yığılan dollarlardır.

  Editor.az