Dmitri Kuleba: Ukrayna hər an İranla diplomatik münasibətləri kəsə bilərbackend

Dmitri Kuleba: Ukrayna hər an İranla diplomatik münasibətləri kəsə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hər an İranla diplomatik münasibətləri kəsməyə hazırdır. Qərar prezidentdən asılıdır. Editor.az bildirir ki, bunu “BBC News Ukrayna”ya müsahibəsində xarici işlər naziri Dmitri Kuleba deyib.

O qeyd edib ki, İran Ukraynaya qarşı istifadə üçün Rusiyaya kamikadze pilotsuz təyyarələr verməyə başlayanda “xətti keçib”. Buna görə də Xarici İşlər Nazirliyi Tehranla diplomatik münasibətlərin kəsilməsi ilə bağlı prezidentə təklif təqdim edib: “Bu, bizim İrana siqnalımızdır – Rusiya ilə Ukraynaya qarşı əməkdaşlıq sizə nə qədər faydalı görünsə də, əmin edirik ki, bu əməkdaşlığın mənfi nəticələri istənilən faydadan dəfələrlə çox olacaq”, – Kuleba bildirib.

O vurğulayıb ki, diplomatik münasibətləri kəsmək qərarı “İranın gələcək davranışından asılı olaraq hər an” verilə bilər. Ukrayna diplomatiyasının rəhbəri həmçinin əmin edib ki, yanvarın 29-na keçən gecə İranın hərbi obyektlərinə endirilən zərbələrin arxasında kimin dayandığını bilmir: “Biz tarixən İrana heç bir pislik etməmişik”, – o, vurğulayıb.

  //Samir Qurbanov, Editor.az