Dmitri Kuleba: Ukrayna iki cəbhədə həlledici döyüşlərə hazırlaşırbackend

Dmitri Kuleba: Ukrayna iki cəbhədə həlledici döyüşlərə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna iki cəbhədə – diplomatik və hərbi cəbhədə böyük döyüşə hazırlaşır.

Editor.az bildirir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda NATO-nun şərq cinahı ölkələri liderlərinin görüşü olacaq və bu toplantıda, yəqin ki, Ukraynanın dəstəklənməsinə dair mühüm qərarlar qəbul olunacaq. Lakin azir konkret hansı qərarlardan söhbət getdiyini açıqlamayıb: “İndi bizə bütün dostların, Ukraynaya səmərəli kömək edənlərin maksimum səfərbərliyinə ehtiyacımız var”, – Kuleba deyib.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə Rusiya ordusunun artıq “bir neçə istiqamətdən” hücuma keçdiyini qeyd etmişdi. O, həmçinin bildimişdi ki, Kiyev nəyin bahasına olursa olsun Baxmut (Artemovsk) uğrunda döyüşməyəcək. Pentaqon isə uğurlu əks-hücum əməliyyatı keçirmək üçün Ukraynaya kömək edəcəyinə söz verib.

  //Samir Qurbanov,Editor.az