Dmitri Kuleba: Ukrayna təslim olmayacaqbackend

Dmitri Kuleba: Ukrayna təslim olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Antalyada keçirilən görüşdən sonra bildirib ki, “təcavüzkar ölkə (Rusiya) istəmirsə, Kiyev müharibəni dayandıra bilməz”. O, barədə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. Unian.net-dən Editor.az-a daxil olan məlumata görə, danışıqlar zamanı Rusiya tərəfi atəşkəsin prezident Vladimir Putinin Ukraynaya qarşı irəli sürdüyü tələblərin yerinə yetirilməsinə bağlı olduğunu bildirib: “Bir daha təsdiq etmək istəyirəm ki, Ukrayna təslim olmayıb, təslim deyil və təslim olmayacaq. Biz diplomatiyaya hazırıq, diplomatik həll yollarını axtarırıq, lakin nə qədər ki, onlar yoxdur, biz özümüzü fəda edərək, torpağımızı, xalqımızı rus təcavüzündən qoruyacağıq, – deə Ukrayna xarici işlər naziri vurğulayıb.