Dmitri Kulebadan kövrək status: “Kiyev qaranlığa qərq olub, amma… “backend

Dmitri Kulebadan kövrək status: “Kiyev qaranlığa qərq olub, amma… “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kiyev qaranlığa qərq olub. Amma biz bu qaranlığa da qalib gələcəyik”.

Editor.az bildirir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Onun sözlərinə görə, prezident, hökumət, energetiklər, diplomatlar və bir çox başqa peşə sahibləri qaranlığa işıq salmaq üçün hər cür səy göstərirlər: “Energetiklər təmir edir, diplomatlar enerji böhranının aradan qaldırılması üçün beynəlxalq yardımı sürətləndirmək üçün tərəfdaşlarla işləyirlər”.

“Ukrayna ordusuna qarşı ədalətli mübarizədə qalib gələ bilməyən Rusiya sizə və mənə, dinc insanlara qarşı qorxaqcasına terror müharibəsi aparır. Amma onlar bizi yalnız göydən əzməyə çalışarkən, biz onları yerdə də əzirik. Və biz bunu davam etdirəcəyik. Rusiya terroru iflasa uğrayacaq. Gəlin dürüst olaq: bizim üçün çox çətin olacaq, amma işıq həmişə qaranlığı məğlub edir. Biz bir-birimizə bağlı olmalıyıq və Ukrayna mütləq qalib gələcək”, – Kuleba deyib.

  //Samir Qurbanov,Editor.az