Rusiyadan Kiyevlə bağlı şok iddia: “Biz onu qaytaracağıq”backend

Rusiyadan Kiyevlə bağlı şok iddia: “Biz onu qaytaracağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyevin guya “Rusiya şəhəri” olduğunu deyərək, Rusiyanın onu ələ keçirməyə hazırlaşdığına eyham vurub.

Editor.az bildirir ki, eks-prezident bu barədə Telegram-da yazıb.

“Kiyev insektariumunda yetişdirilən müxtəlif tarakanlar var, daima “Krımı qaytarmaqla” hədələyirlər. Buna görə də onlara təkzibolunmaz faktları xatırlatmaq istəyirəm:

1. Kiyev Qədim Rusiyanın paytaxtıdır.

2. Kiyev Rusiya İmperiyasının tərkibində olmuş “Kiçik Rusiya”nın böyük şəhəridir.

3. Kiyev SSRİ-nin tərkibində olan bir respublika paytaxtıdır.

Və nəhayət, Kiyev insanların həmişə rusca düşündüyü və danışdığı rus şəhəridir. Bunları nəyi və necə qaytarılacağını aydınlaşdırmaq üçün deyirəm”.

 //Samir Qurbanov, Editor.az