Dmitri Medvedev Kiyev rejimini məhv etməyə çağırdıbackend

Dmitri Medvedev Kiyev rejimini məhv etməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev mayın 30-da Moskvaya pilotsuz təyyarə hücumunu şərh edib.

O, basqını “terror aktı” hesab edib və bildirib ki, hücumlara mümkün qədər sərt cavab verilməlidir.

Editor.az bildirir ki, D.Medvedev Volqoqrad vilayətinin Prudboy poliqonuna səfəri zamanı deyib ki, “Xüsusi hərbi əməliyyat həm də antiterror mübarizə deməkdir. Biz xalqımızı qətlə yetirən terrorçularla mübarizə aparırıq. Cavabın nə olacağı aydındır. Onlar məhv edilməlidir.

Həm də təkcə fərdi planda deyil. Terrorun yuvası məhv edilməlidir. Söhbət Ukraynada formalaşan rejimdən gedir. Onu məhv etmək lazımdır, onlar məhvə məhkumdur. Əks halda, oradan daim təhlükə yaranacaq və biz davamlı olaraq bir ildən artıq olduğu kimi əməliyyatlar aparmalı olacağıq”. Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Moskvaya hücumda məqsəd dinc əhaliyə ziyan vurmaq olub.

Mayın 30-da baş vermiş insidentdə istifadə edilən PUA-lar nə hərbi obyektlərə, nə də dövlət idarəetmə obyektlərinə zərər verə bilməz. Dmitri Medvedev qeyd edib ki, Rusiyanın rəqibinin hərəkətləri təkcə Ukraynanı deyil, həm də onun müttəfiqlərini, ilk növbədə Rusiya Federasiyası ilə çoxdan “müharibə yolunda” olan amerikalıları və avropalıları xarakterizə edir.

  //Samir Qurbanov,Editor.az