“Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya veriləcəyi təqdirdə, Rusiya “NATO heyəti ilə birlikdə” bu sistemləri vuracaq.
Editor.az xəbər verir ki, bu hədələrlə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın eks-prezidenti Dmitri Medvedev çıxış edib. O, bildirib ki, kompleks Ukraynaya verildikdən sonra hava hücumundan müdafiə sistemi Rusiya hərbçilərinin “qanuni hədəfinə” çevriləcək.
“Əgər Stoltenberqin eyham vurduğu kimi, NATO Kiyev “fanatiklərini” NATO personalı ilə birlikdə “Patriot” kompleksləri ilə təmin edərsə, onlar dərhal Silahlı Qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək”, – Medvedev yazıb. Medvedev ənənəvi olaraq NATO rəsmilərini təhqir edərək onları “Atlantik impotent” adlandırıb.
//Samir Qurbanov,Editor.az

