Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Ukraynaya təslim olmaq lazımdır.
Editor.az bildirir ki, bu barədə Medvedev Telegram-da yazıb. “Parçalanmış ölkənin səngərlərindəki əzab çəkən insanlara həqiqətən yalnız təslim olmaq lazımdır və bəlkə bu, sülhə yol açacaq. Amma nə Vaşinqton, nə də Kiyev sülh istəmir”, – Mevedyev deyib.
“Əks-hücumun ət zavodu” bu gün dayanmadan işləyir və minlərlə bədbəxt insanı qırğına göndərir”, – Medvedev qeyd edib. Onun fikrincə, əks-hücum Ukrayna hakimiyyətinə kömək etməyəcək.
Xatırladaq ki, iyun ayında Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell demişdi ki, Ukraynaya silah tədarükünün kəsilməsi “təslimiyyət sülhü”nə gətirib çıxaracaq. Onun fikrincə, bu halda Ukrayna Rusiya üçün ikinci Belarusa çevriləcək.
//Samir Qurbanov, Editor.az