Dmitri Medvedev: Zelenskini öldürməkdən başqa variant yoxdurbackend

Dmitri Medvedev: Zelenskini öldürməkdən başqa variant yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın keçmiş prezidenti və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedev naməlum pilotsuz təyyarələrin Kremlə hücumuna görə Volodimir Zelenskini öldürməyə çağırıb.

Editor.az bildirir ki, müvafiq bəyanat onun Telegram kanalında yer alıb. Medvedevin sözlərinə görə, “bugünkü terror aktı”ndan sonra, ehtimal ki, Kremlə pilotsuz təyyarə hücumu nəzərdə tutulur.

Rusiyanın “Zelenskini və onun komandasını fiziki cəhətdən məhv etməkdən” başqa variantı yoxdur. “Qeyd-şərtsiz təslim aktını imzalamağa belə ehtiyac yoxdur. Bildiyiniz kimi, Hitler də imzalamamışdı. Vitse-prezident Admiral Dönitz kimi bir növ əvəzləmə həmişə olacaq”, – Medvedev yazıb.

  //Samir Qurbanov,Editor.az