Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında Ukrayna Silahlı Qüvvələrinin yeni Ali Baş Komandanı Aleksandr Sırskinin tərcümeyi-halının onda doğurduğu hissləri bölüşüb.
O, nifrət və ikrah hissi keçirdiyini bildirib. Medvedyevin sözlərinə görə, o, SSRİ-nin dağılmasında iştirak edən hər kəsə nifrət edir, hansı ki, bunun nəticəsində dünya nizamı tarazılığını itirib və “milyonlarla insan əzab və ölümə məhkum edilib”. “General 200” və “Baxmut qəssabı”: Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırski haqqında nə məlumdur.
O, “hər cür yollarla Rusiya və Ukrayna xalqlarını (daha doğrusu, birləşmiş rus xalqını?) yeni vətəndaş müharibəsinə sövq edən” Qərb ölkələrinə nifrət edir. O, “sovet rus zabiti olmuş, Bender xaini” Aleksandr Sırskidən iyrəndiyini deyib.
Xatırladaq ki, dünən prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı istefa verdiyini açıqlayıb. Onun yerinə general-polkovnik Aleksandr Sırski təyin olunub.
//Samir Qurbanov, Editor.az

