Dmitri Medvedyev Beynəlxalq Cinayət Məhkəməsini (BCM) hədələdibackend

Dmitri Medvedyev Beynəlxalq Cinayət Məhkəməsini (BCM) hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Avropa Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Nabili Massralinin Vladimir Putinin Monqolustan səfəri ilə bağlı son bəyanatını şərh edib.

Bir gün əvvəl o, Avropa İttifaqının Rusiya prezidentinin Monqolustana səfərindən narahatlığını ifadə etdiyini bildirmişdi. Monqolustan Putinin həbsinə order verən BCM-nin yurisdiksiyasını tanıyan ölkədir. “Əgər mən bu yarımçıq “məhkəmə”nin hakimləri və prokurorları olsaydım, ən böyük qorxum bir dəlinin onların qanunsuz əmrini yerinə yetirməyə çalışmasından olardı. Belə olan halda onların həyatı bu murdar kağız parçasından baha olmayacaqdı”, – Dmitri Medvedev Telegram kanalında yazıb. O, həmçinin əlavə edib ki, Monqolustan hökuməti Aİ-nin bəyanatına baxmayaraq, BCM-nin əmrinə məhəl qoymayıb.

Qeyd edək ki, Vladimir Putin bir gün əvvəl, sentyabrın 2-də Monqolustana rəsmi səfərə gəlib. O, ölkə prezidenti Uxnaaqiyn Xurelsux ilə danışıqlar aparacaq, qlobal və regional gündəliyi müzakirə edəcək, bir sıra ikitərəfli sənədlər imzalayacaq.

//Samir Qurbanov, Editor.az