Dmitri Medvedyev hədələdi: NATO hərbçiləri Rusiyanın razılığı olmadan münaqişə zonasına daxil olarsa…backend

Dmitri Medvedyev hədələdi: NATO hərbçiləri Rusiyanın razılığı olmadan münaqişə zonasına daxil olarsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO sülhməramlılarının Ukraynadakı münaqişə zonasına mümkün göndərilməsi ilə bağlı xəbəri şərh edib.

Editor.az bildirir ki, bu barədə siyasətçi öz Teleqram kanalında bildirib. Onun fikrincə, bu cür tədbirlər Qərb üçün faydalı ola bilər və güc mövqeyindən münaqişənin sülh yolu ilə həllini təmin edə bilər.

Lakin Medvedev qeyd edib ki, NATO hərbçiləri Rusiyanın razılığı olmadan münaqişə zonasına daxil olarsa, RF Silahlı Qüvvələri üçün qanuni hədəf olacaq: “Onların əsl niyyətləri aydındır – təmas xəttində güc mövqeyindən əlverişli sülhə nail olmaq: “Sülhməramlı” qoşunlarınızı pulemyot və tanklarla, sarı ulduzlu mavi dəbilqələrdə Ukraynaya göndərin”, – Medvedyev bildirib. Xəbər verdiyimiz kimi, bu yaxınlarda Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı NATO sülhməramlılarının Ukraynaya göndərilməsini müzakirə etməyə yaxındır.

Bundan başqa, polşalı jurnalist də bildirib ki, Ukrayna ordusunun məğlubiyyəti Qərb ölkələrini NATO sülhməramlılarını münaqişə zonasına gətirməyə sövq edə bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu xəbərə münasibət bildirib. O xatırladıb ki, dünya praktikasında sülhməramlı qoşunlar münaqişənin hər iki tərəfinin razılığı ilə gətirilir və belə müzakirələrin aparılması faktının özü “potensial olaraq çox təhlükəli mövzudur”.

 //Samir Qurbanov,Editor.az