Dmitri Medvedyev İtaliya müdafiə nazirini öldürməyi sifariş edib?backend

Dmitri Medvedyev İtaliya müdafiə nazirini öldürməyi sifariş edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya kəşfiyyatı hökumətə İtaliyanın müdafiə naziri Guido Crosettoya sui-qəsd cəhdi barədə xəbərdarlıq edib. Bunun arxasında Kreml dayana bilər.

Editor.az bildirir ki, İtaliyanın “İl Foglio” qəzeti yazıb. Məlumata görə, sui-qəsd 15 milyon dollar mükafat müqabilində Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev tərəfindən sifariş edilib. Belə ki, italyan kəşfiyyatı Krosettonu “nadir axmaq” adlandıran Medvedevin açıqlamalarından narahat olub. Krosettonun rus tanklarının Kiyevə girəcəyi təqdirdə 3-cü dünya müharibəsinin başlayacağı ilə bağlı açıqlamasına rusiyalı siyasətçi belə reaksiya verib.

Qeyd olunur ki, Medvedev hazırda Rusiya Təhlükəsizlik Şurası katibinin müavini və Rusiya diktatoru Vladimir Putinə yaxın şəxs olduğundan qərarların qəbuluna təsir edir. Nəşr yazır ki, İtaliya kəşfiyyatı Rusiya Federasiyasının eks-prezidentinin müdafiə nazirinə 15 milyon dollar müqabilində sui-qəsd etmək “sifarişini” ələ keçirib. Sifariş guya Yevgeni Priqojinə məxsus PMC “Wagner”ə ünvanlanıb. Eyni zamanda, Medvedevin bu istəyi İtaliyanın müdafiə nazirinin “Vaqner” PMC-ni Avropada miqrasiya böhranını qızışdırmaqda ittiham etdiyi bəyanatlarından əvvəl də səsləndirilib.

//Samir Qurbanov,Editor.az