“Rusiyanın bütövlüyünü qorumaq nüvə silahı sayəsində mümkündür”.
Editor.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev çıxış edib.
Medvedyevin sözlərinə görə, strateji nüvə arsenalı olmasaydı, Rusiya parça-parça olardı: “Nəhəng və varlı bir ölkə, hamı nəyisə götürüb, ya da hissələrə bölüb, sonra sakitcə onu necə mənimsəmək barədə fikirləşir və düşünür. Və nə qədər sərt səslənsə də, nüvə silahı böyük ölçüdə qızğın başları, xüsusən də bizə dost olmayan alyanslardakı qüvvələri Rusiya əleyhinə qərarlar qəbul etməkdən çəkindirir”.
Medvedyev həmçinin Rusiya Federasiyasının kifayət qədər bütün silah növlərinə malik olduğunu deyib..
//Samir Qurbanov,Editor.az

