Dmitri Medvedyev Polşanı hədələdi: O radioaktiv küldən Varşava da öz payını alacaqbackend

Dmitri Medvedyev Polşanı hədələdi: O radioaktiv küldən Varşava da öz payını alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dünya müharibəsi olacağı təqdirdə Polşanı nüvə zərbəsi ilə hədələyib.

O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ABŞ-ın Moskvaya nüvə silahından istifadə edəcəyi təqdirdə Ukrayna ərazisindəki bütün qoşunlarını məhv edəcəyinə söz verdiyi barədə fikrini belə şərh edib.

Rusiyanın keçmiş prezidenti onu dövlət katibi Entoni Blinkenin “Polşa ekvivalenti” adlandırıb. Medvedev bildirib ki, Vaşinqton belə bəyanatlar vermir, çünki amerikalılar daha ehtiyatlıdır və ABŞ-ın Rusiya hədəflərinə zərbə endirməsi dünya müharibəsinin başlaması deməkdir.

Və üçüncüsü, nəzərə alsaq ki, başqa bir polyak Duda bu yaxınlarda Polşada taktiki nüvə silahı yerləşdirmək arzusunu bəyan edib. Lakin nəzərə almaq lazımdır ki, Varşava da kənarda qalmayacaq və mütləq radioaktiv küldən öz payını alacaq. Həqiqətən də bunu istəyirsiniz?” – deyə Medvedyev X mikrobloqunda yazıb.

//Samir Qurbanov, Editor.az