Dmitri Medvedyev: Ukraynaya qarşı müharibə ruslar üçün “yeni Vətən Müharibəsidir”backend

Dmitri Medvedyev: Ukraynaya qarşı müharibə ruslar üçün “yeni Vətən Müharibəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı müharibəsi ruslar üçün “yeni Vətən Müharibəsi”dir. Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da bildirib.

O, deyib: “Borrell… ölkəmizin Napoleonu və Hitleri məğlub etdiyini xatırlayıb.

Müvafiq olaraq, ukronazilər və Qərbi Avropa o zaman Rusiyaya qarşı vuruşanların birbaşa varisləridir. Buna görə, bu müharibə onlarla yeni bir Vətən Müharibəsidir və 1812 və 1945-ci illərdə olduğu kimi bu dəfə də qələbə bizim olacaq”.

Xatırladaq ki, “Ramşteyn” formatında keçirilən görüş ərəfəsində Medvedev yenidən Rusiyanın adi müharibədə məğlubiyyətinin nüvə müharibəsinin başlanmasına səbəb ola biləcəyi ilə hədələmişdi. Daha əvvəl isə, o, Ukraynaya qarşı müharibədə “məğlubiyyətə çağıran” rusları ölkəyə buraxmamağa çağırmışdı.

  //Samir Qurbanov, Editor.az