Dmitri Medvedyev yenə hədələdi: Qərbdən ötürülən uzaqmənzilli raketlərdən istifadə edilərsə, Rusiya nüvə silahına əl ata bilərbackend

Dmitri Medvedyev yenə hədələdi: Qərbdən ötürülən uzaqmənzilli raketlərdən istifadə edilərsə, Rusiya nüvə silahına əl ata bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazı dərc edib.

Orada o bildirib ki, Rusiya ərazisinə buraxılış qurğularından raket buraxılarsa, Rusiyanın nüvə silahı ilə cavab vermək hüququ var.

“Burada Banderostandan olan bəzi axmaq döyüşçülər belə bir fikrə gəliblər ki, Rusiyaya qarşı mübarizənin ən yaxşı üsulu Qərbdən ötürülən uzaqmənzilli raketlərlə bütün Rusiyada buraxılış qurğularımızı məhv etməkdir.

Bunun mənası nədi? Yalnız bir şey var: onlar nüvə silahının qarşısının alınması sahəsində Rusiyanın dövlət siyasətinin əsaslarının 19-cu bəndinə daxil olmaq riski ilə üzləşirlər.

Orada deyilir ki, nüvə silahı “Rusiya Federasiyasına adi silahlardan istifadə etməklə təcavüz etdikdə, dövlətin mövcudluğuna təhlükə yarandıqda” istifadə edilə bilər. “Bu, özünümüdafiə hüququ deyil, belə bir dövlətə qarşı nüvə silahından istifadəmiz üçün birbaşa və aşkar əsasdır”, – deyə Medvedev bildirib.

//Samir Qurbanov, Editor.az