Dmitri Medvedyevdən daha bir siyasi tərbiyəsizlik: Polşa prezidentini “heyvan” adlandırdıbackend

Dmitri Medvedyevdən daha bir siyasi tərbiyəsizlik: Polşa prezidentini “heyvan” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşa prezidenti Anjey Dudanın ABŞ-ın Ukraynada əsgərləri ölmədiyi üçün “rus imperializmini” dayandırmağın “ucuz” yolu ilə bağlı sözlərini şərh edib.

Rusiyanın keçmiş prezidenti ukraynalıları bu sözlərə diqqət yetirməyə çağırıb və Polşa liderini heyvan adlandırıb.

“Ey, siz Kiyevdə oturanlar! Hər halda qardaşlarınıza və müttəfiqlərinizlə fəxr edin! Onlar sadəcə heyvanlardır”, – deyə Medvedev özünün X (keçmiş Twitter) ingilisdilli hesabında yazıb. Təhlükəsizlik Şurası sədrinin müavini ingilisdilli mesajını da ukrayna dilində təkrarlayıb. Xatırladaq ki, Polşa prezidenti Duda öz fikirlərini “The Washington Post” qəzetinə müsahibəsində bildirib.

O, “Hazırda rus imperializmini ucuz qiymətə dayandırmaq olar, çünki Amerika əsgərləri ölmür” deyib. Polşa prezidenti onu da əlavə edib ki, döyüş meydanında qüvvələr balansını dəyişmək üçün Ukraynanın kifayət qədər silahı yoxdur.

  //Samir Qurbanov, Editor.az