Dmitri Pekov Fransanın Ukraynaya qoşun göndərəcək ölkələrin koalisiyasını yaratma cəhdlərini “çox təhlükəli” adlandırıbbackend

Dmitri Pekov Fransanın Ukraynaya qoşun göndərəcək ölkələrin koalisiyasını yaratma cəhdlərini “çox təhlükəli” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov gərginliyin artmasını Fransanın Ukraynaya qoşun yeritməyə hazır olan ölkələrin koalisiyasını yaratma ehtimalı ilə əlaqələndirib

Editor.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb. “Müzakirənin genişləndirilməsi və Parisin müəyyən kontingentləri göndərməyə hipotetik hazır olduqlarını bəyan edən ölkələrin koalisiyasını birləşdirmək cəhdlərindəki israrlı fəaliyyəti, əlbəttə ki, gərginliyi artırmaq üçün birbaşa xəttdən başqa bir şey deyil, bu, çox təhlükəlidir”, – Kreml nümayəndəsi bildirib.

O əlavə edib ki, bu cür hərəkətlər xoşagəlməz nəticələrə səbəb ola bilər.

Fevralın 26-da Fransa prezidenti Emmanuel Makron açıq şəkildə Qərb qoşunlarının Ukraynaya yeridilməsi ehtimalını etiraf edib. Az sonra NATO, İngiltərə, Polşa, İsveç, Almaniya, Slovakiya, Çexiya, Macarıstan və İtaliya Ukraynaya qoşun yeritmək niyyətində olmadıqlarını bəyan etdilər. Çexiya prezidenti Petr Pavel Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün Ukraynaya təlim missiyasının göndərilməsini Kiyevə dəstək üçün məqbul variant adlandırıb.

Martın 8-də “Politico” yazıb ki, Fransa Ukraynaya qoşun yeritməyə hazır olan dövlətlərdən ibarət koalisiya yaradır. Nəşrin yazdığına görə, Estoniya, Latviya və Litva belə bir ideyaya açıqdır.

//Samir Qurbanov, Editor.az