Kreml nümayəndəsi Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirilən yerli antiterror əməliyyatını şərh edib: “Qarabağ Azərbaycanın daxili işidir”.
Editor.az bildirir ki, bu fikiri Kremlin sözçüsü Dmitri Peskov deyib. O xatırladıb ki, Ermənistan rəhbərliyinin özü də əvvəllər Azərbaycanın öz ərazisində əməliyyat keçirdiyini etiraf edib.
Moskva Bakının mülki hədəfləri vurmayacağına dair vədini yerinə yetirəcəyini gözləyir. Peskovun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində guya “etnik təmizləmə” aparması ilə bağlı iddiaların heç bir əsası yoxdur.
//Samir Qurbanov, Editor.az

