Qərbdə “Rusiyanı heç kim sevmir”. Belə görünür ki, Rusiya Qərblə qarşıdurma şəraitində yaşamalı olacaq Editor.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Rusiyanın Qərb dövlətləri ilə münasibətləri qarşıdurma mərhələsindədir. “Hərəkət etməsək də “qarşıdurma” deyilən “stansiya”ya artıq gəlmişik. Və biz toplanmalı, güclü və möhkəm olmalıyıq ki, belə bir qarşıdurma şəraitində yaşaya bilək” – Peskov deyib. “Heç kim bizi sevmir və sevməyə də hazırlaşmırlar. Lakin bizim buna ehtiyacımız yoxdur”, – Kremlin ruporu əlavə edib.
//Samir Qurbanov, Editor.az

