Ukraynadakı münaqişə bir gündə həll edilə bilməyəcək qədər mürəkkəb problemdir.
Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NBC telekanalına müsahibəsində deyib. O, ABŞ-ın keçmiş prezidenti Donald Trampın 24 saat ərzində hərbi əməliyyatların dayandırılmasının mümkünlüyü ilə bağlı sözlərini belə şərh edib.
2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərini şərh edən Dmitri Peskov müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin “daha konstruktiv” və dialoqa hazır amerikalı həmkarına üstünlük verəcək.
Rusiya hakimiyyətinin Donald Trampla danışıqlar apara biləcəyi ilə bağlı suala Kremlin sözçüsü belə cavab verib: “Putin, nəhayət, bizim Rusiya ilə diqqətli olmağımız və maraqlarımızı nəzərə almalı olduğumuzu anlayan istənilən prezidentlə işləməyə hazırdır”.
//Samir Qurbanov, Editor.az

