Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı sözlərini “təhlükəli” adlandırıb.
Xatırladaq ki, fevralın 26-da Makron bildirib ki, Avropa qoşunlarının Ukraynaya göndərilməsi bu ölkəyə dəstək variantlarından biridir.
“Makronun bəyanatına gəlincə, bu, yeni elementdir və daha təhlükəlidir. Qərb tərəfdaşlarımız, bir tərəfdən, proqnozlaşdırıla biləndir, lakin, digər tərəfdən, təəssüf ki, Ukraynaya hərbi kontingentlərin birbaşa göndərilməsi kimi mövzuları müzakirə etməyə başlayırlar ki, bu da regionda təhlükəsizlik və sabitliyə düzəlməz ziyan vura bilər və düzəlməz nəticələrə gətirib çıxarar”, – deyə Peskov Birinci Kanalda bildirib.
//Samir Qurbanov, Editor.az

