Dmitri Peskov Finlandiyanın Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamaq qərarını “böyük səhv” adlandırdıbackend

Dmitri Peskov Finlandiyanın Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamaq qərarını “böyük səhv” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya qarşıdurma və ikitərəfli münasibətləri məhv etmək yolunu seçib.

Editor.az bildirib ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, sərhədlərin bağlanması qərarını “böyük səhv” adlandırıb. “Rusiya müasir tarixdə Finlandiyanı heç vaxt təhdid etməyib, bizim heç vaxt qarşıdurma üçün əsasımız olmayıb. İndi onlar bu yolu seçiblər. Bizim nöqteyi-nəzərimizdən bu, böyük səhvdir”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Finlandiya bu il noyabrın 18-dən 2024-cü il fevralın 18-dək Rusiya ilə sərhəddəki səkkiz sərhəd-keçid məntəqəsindən dördünü bağlayacağını açıqlayıb.

Ölkə hakimiyyəti bu qərarı Rusiya Federasiyası ərazisindən gələn qanunsuz miqrantların sayının artması ilə izah edib. Finlandiya Gömrük İdarəsi keçid məntəqələrinin həm sərnişin, həm də yük daşımaları üçün bağlanacağına aydınlıq gətirib. Eyni zamanda, yük qatarları Rusiya sərhədində – Vaynikkala dəmir yolu keçid məntəqəsindən keçməyə davam edəcək. Norveç və Estoniya da Rusiya ilə sərhəddə keçid məntəqələrinin bağlanmasına ehyam ediblər.

//Samir Qurbanov, Editor.az