Kreml “taxıl müqaviləsi”nin uzadılması ilə bağlı heç bir açıqlama vermədiyini bildirib.
Editor.az bu barədə Rusiya təbliğat mediasının məlumatına istinadən xəbər verir. Belə ki, Putinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuatda dərc olunan sözlərinə münasibət bildirərkən qeyd edib ki, “Rusiya tərəfdən “taxıl sövdələşməsi”nin uzadılması ilə bağlı heç bir açıqlama verilməyib”.
Xatırladaq ki, bundan əvvəl mətbuatda Rəcəb Tayyib Ərdoğanın Putinlə “taxıl müqaviləsi”nin uzadılmasının zəruriliyi barədə razılığa gəldiyi barədə açıqlaması yayılmışdı.
//Samir Qurbanov,Editor.az

